Ərəblər indi də futbol hakimlərini transfer edirlər...

Səudiyyə Ərəbistanı Liqasının oyunlarını digər ölkələrin hakimləri idarə edə bilərlər. "The Times" nəşrinin yazdığına görə, yerli federasiya artıq bir neçə ədalət təmsilçisi ilə danışıqlar aparıb. Qurum çempionatın daha da inkişaf etdirilməsi üçün hakimləri transfer etmək niyyətindədir.
Nəşr İngiltərədəki Premyer Liqa referilərinin illik 120-300 min funt-sterlinq qazandıqlarını, lakin Səudiyyə Ərəbistanında bu rəqəmin daha yüksək ola biləcəyini vurğulayıb.
Mətləb