UEFA açıqladı: Superkubok Varşavada keçiriləcək

2024-cü ildə UEFA Superkubokuna ev sahibliyi edəcək ölkə müəyyənləşib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Görüş Polşanın paytaxtı Varşavada keçiriləcək. Oyun avqustun 14-də Milli Stadionda oynanılacaq.
Bundan başqa, Millətlər Liqasının 2024-25 mövsümünün qrup mərhələsinin püşkatma mərasiminin də gələn il fevralın 8-də Fransanın paytaxtı Parisdə təşkil olunacağı bildirilib.
Mətləb