"Neftçi" yenidən "Zenit"lə qarşılaşacaq - rəsmən açıqlandı

"Neftçi" bu ilin noyabr ayında "Zenit"lə (Sankt-Peterburq) yoxlama matçı keçirəcək. Bu haqda Rusiyanın "Sport-ekpress" qəzeti məlumat yayıb. Bakı klubunun mətbuat xidməti oyunun keçiriləcəyi haqda xəbəri nəşrə təsdiqləyib.
Amma hələlik matçın tarixi və yeri müəyyənləşməyib. "Oyunla bağlı danışıqlar davam edir" - deyə mətbuat xidmətindən bildirilib.
Mətləb