Yunan-Roma güləşçilərimiz bu gün dünya çempionatında mübarizəyə qoşulacaqlar

Yunan-Roma güləşçilərimiz Serbiyanın paytaxtı Belqradda təşkil olunan lisenziya xarakterli dünya çempionatında bu gün mübarizəyə başlayacaqlar. İlk olaraq 4 güləşçi çıxış edəcək. 55 kq çəki dərəcəsində gücünü sınayacaq Eldəniz Əzizli 1/8 finaldan mübarizəyə qoşulacaq. Onun rəqibi yaponiyalı Tayq Onuşi olacaq. Sənan Süleymanov (77 kq) təsnifatda Finlandiya təmsilçisi Conni Sarkkinenlə üz-üzə gələcək.
82 kq-da Rafiq Hüseynov çıxışına 1/8 finaldan başlayacaq. Onun rəqibi hələ bəlli deyil.
Mətləb