Leonel Messi ilə bağlı qalmaqallı xəbər yayılıb

PSJ-nin sabiq futbolçusu Lionel Messi ilə bağlı daha bir qalmaqallı məlumat yayılıb. Sən demə argentinalı ulduz futbolçu Paris klubunda olarkən məşq zamanı müdafiəçi Vitinya ilə sərt danışıb və onu təhqir edib. Həttda bununla bağlı kluv rəhbərliyi də məlumatlandırılıb. “L Equipe” nəşri yazır ki, bir neçə dəfə klub rəhbərliyi ilə argentinalı futbolçu arasında mübahisələr də düşüb. Qeyd edilir ki, məşq zamanı futbolçular arasında qarşıdurma yaşanıb. Nəticədə Messi portuqaliyalıya kobud şəkildə cavab verib: “Sən nəinki pissən, həm də məni incitdin”.
Nəticə isə göz qabağındadır: Messi özü yayda “İnter Mayami”yə keçib...
Mətləb