"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək. Ağdam klubu Bakıda Norveç "Molde"si ilə üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma saat 20:45-də başlayacaq.
Görüşü şotlandiyalı Con Bitonun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. H qrupunun digər matçında Almaniyanın "Bayer 04" komandası İsveç "Hakken"ini qəbul edəcək. Bu oyun da eyni saatda start götürəcək.
Mətləb