Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir. Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov (97 kq) Belqradda keçirilən güləş üzrə dünya çempionatında ikinci yerə sahib olub. O, finalda Bəhreyn təmsilçisi Axmed Tajudinova məğlub olub və gümüş medal qazanıb.
Xatırladaq ki, Maqomedxan Maqomedov finala yüksəlməklə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Alyona Kolesnik (59 kq) isə bu gün əvvəlcə təsəlliverici görüşdə macarıstanlı Tamara Dollakı vaxtından əvvəl mübarizədən kənarlaşdırıb - 10:0. Alyona bürünc medal uğrunda qarşılaşmada amerikalı Cenifer Rocersə "tuş"la uduzub və 5-ci yeri tutub.
Mətləb