Daha bir ulduz futbolçu ərəb klubuna transfer olub. Belə ki, PSJ-nin futbolçusu Marko Veratti karyerasını "Əl-Ərəbi"də davam etdirəcək. Ərəb klubu 30 yaşlı italiyalı futbolçu üçün 45 milyon avro ödəyib.
Qeyd edək ki, Verratti 2012-ci ilin iyulundan PSJ-də oynayıb, doqquz dəfə Fransa çempionu və altı dəfə ölkə kubokunun qalibi olub. İtaliya millisinin tərkibində o, 2021-ci ildə Avropa çempionu olub.
Mətləb