Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində Dera Buqti rayonunda 6 futbolçu oğurlanıb. Bu barədə “Əl-Cəzirə” məlumat yayıb. Hökumət rəsmiləri təsdiqləyiblər ki, naməlum şəxslər əyalət hökuməti tərəfindən təşkil edilən yerli futbol turnirində iştirak etmək üçün Sibbi şəhərinə gedərkən yaşları 17-23 arasında olan 6 oyunçunu qaçırıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları oğurlanmış idmançıların axtarış əməliyyatına başlayıblar.
Mətləb