Serbiyalı tennisçi Novak Cokoviç tarixə düşüb. 36 yaşlı idmançı buna ABŞ Açıq çempionatının (USA Open) finalında rusiyalı Daniil Medvedevi məğlub etməklə (3:0) nail olub.
Serbiyalı raketka ustası turnirdə qalib olan ən yaşlı tennisçi adına sahib çıxıb. O, avstraliyalı Ken Rozuollun 1970-ci ildən (35 yaş) təyin etdiyi rekordunu yeniləyib. Bundan əlavə, Cokoviç 24-cü dəfə Böyük Dəbilqə turnirində qələbə qazanmaqla digər avstraliyalı Marqaret Kortun rekordunu isə təkrarlayıb.
Mətləb