Futbol üzrə Avro-2024-ün seçmə mərhələsində 5-ci turun oyunları davam edir. F qrupunda mübarizə aparan Azərbaycan millisi də bu gün meydana çıxıb. Canni De Byazinin rəhbərlik etdiyi komanda Bakıda Belçika yığmasını qəbul edib və 0:1 hesabı ilə uduzub. "Dalğa Arena"da keçirilən görüş saat 17:00-da başlayıb. Bu qələbə sayəsində Belçika 10 xalla turnir cədvəlində liderliyə yüksəlib.
Mətləb Salahov