Bu gün futbol üzrə AVRO-2024-ün seçmə mərhələsində V turun növbəti oyunları keçiriləcək. Üç qrupda ümumilkdə 7 görüş baş tutacaq. A qrupunun favoritləri Şotlandiya və İspaniya səfər matçına çıxacaqlar.
D qrupunun lideri Türkiyə yığması Əskişəhərdə Ermənistanı sınağa çəkəcək. Qrupun digər güclü komandası Xorvatiya isə Latviyanı qəbul edəcək. Günün mərkəzi qarşılaşması Bratislavada təşkil olunacaq. Dörd turdan sonra itkisiz irəliləyən Portuqaliya özündən 2 xal geri qalan Slovakiyanın qonağı olacaq.
Mətləb Salahov