İtaliya və dünya futbolunun canlı əfsanələrindən olan Canluci Buffonun yeni iş yeri açıqlanıb. "Football Italia" nəşrinin yazdığına görə, ötən ay futbolçu koryerasını 45 yaşında bitirən veteran qapıçı futbol üzrə İtaliya millisində çalışacaq.
Baş məşqçi Luçano Spalettinin köməkçisi təyin edilən Buffon qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərəcək. 1997-ci ildən İtaliya millisində oynayan Buffon 2018-ci ildə yığmadakı karyerasını bitirib.
Qolkiper 5 dünya çempionatında (1998, 2002, 2006, 2010, 2014) iştirak edib. 2006-cı ildə o, mundialın qalibi olub və turnirin ən yaxşı qapıçısı seçilib.
Mətləb