Rusiyalı futbolçu Reziuan Mirzovun “Neftçi”yə keçidi rəsmiləşib. "Ağ-qaralar" 30 yaşlı yarımmüdafiəçinin transferini açıqlayıb.
Hücumameyilli oyunçu Rusiya klubu “Ximki”dən ayrıldığı üçün “ağ-qaralar”a azad agent kimi keçib. O, yeni komandasında 22 nömrəli formanı geyinəcək. Qeyd edək ki, Reziuan Mirzov “Ximki”yə 2020-ci ildə Moskva “Spartak”ından keçib.
Mətləb