"Fənəbaxça" klubunun keçmiş kapitanı olan Tuncay Şanlının yeni klubu açıqlanıb. O, futbol üzrə Türkiyə 1-ci liqa təmsilçisi "Sakaryaspor"un baş məşqçisi təyin olunub. Bu barədə klubun saytı məlumat yayıb. O, istefaya göndərilən Taner Taşkını əvəzləyib. Qeyd edək ki, "Sakaryaspor" 1-ci liqada 5 xalla 10-cu pillədə qərarlaşıb.
Mətləb