“Əl-Nasr” futbol klubunun hücumçusu Kriştianu Ronaldu Krallığın V turunun “Əl-Həzm”lə oyununda (5:1) qazandığı qələbəni şərh edərkən sosial şəbəkə hesabında yazıb.
“Daha bir möhtəşəm komanda performansı! Biz təkmilləşməyə davam edirik. 850 karyera qolu və hələ bitməyib”, - Ronaldu X sosial şəbəkəsindəki hesabında yazıb.
Qeyd edək ki, bu görüşdə portuqaliyalı bir qol vurub və iki məhsuldar ötürmə edib. Bu, Ronaldunun karyerasında 850-ci qol olub.
Mətləb