Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha iki oyunu baş tutacaq. Günün ilk qarşılaşmasında "Qəbələ" "Zirə"ni qəbul edəcək. Əvvəlki bütün qarşılaşmalarda məğlub olan "qırmızı-qaralar" sonuncu pillədə qərarlaşıb. Bütün görüşlərdə qələbə qazanan paytaxt klubu isə 12 xalla liderdir.
Günün ikinci matçında "Neftçi" "Sumqayıt"ın qonağı olacaq. "Ağ-qaralar"lar 5 xalla 4-cü, rəqiblərindən bir oyun az keçirən "Gənclik şəhəri" təmsilçisi 7 xalla üçüncüdür.
Mətləb