İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirib. "Şəhərlilər"in rəsmi saytında yer alan məlumatda deyilir ki, “Vulverhempton”dan Mateus Nunyes transfer olunub. 25 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, portuqaliyalı futbolçu 2022-ci ildə "Sportinq"dən “Vulverhempton”a keçmişdi.
Mətləb