Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu daha bir dünya rekorduna imza atıb. Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytında məlumat verilib. Məlumatda deyilir ki, 35 yaşlı hücumçu buna "Əl-Şabab"a 4:0 hesabı ilə qalib gəldikləri yerli çempionatın IV turunun matçında dubl etməklə nail olub.
Bu, Ronaldunun milli çempionatlarda 516 və 517-ci qollarıdır. Portuqaliya millisinin üzvü Yozef Bitsan və Ferents Puşkası geridə qoyub. Siyahıya regional liqalarda vurulan qollar daxil edilməyib. Bu səbəbdən Pele və Romario cədvəldə yoxdur.
Mətləb