"Real"ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Arda Gülərin zədədən sonra vəziyyəti ilə bağlı danışıb. İtaliyalı təcrübəli mütəxəssis A.Gülerin son durumu ilə bağlı ən son məlumatları media nümayəndələri ilə bölüşüb: “Gülerin zədəsi ilə bağlı durum o qədər də ciddi deyil. Düşünürəm ki, Arda maksimum bir ay xəstəxanada qalacaq". Qeyd edək ki, A.Güler iyulda "Real"la 6 illik müqavilə imzalayıb.
Mətləb