UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub. Turnirin ikinci oyun günündə keçirilən 8 qarşılaşma ilə III raundun növbəti iştirakçıları bəlli olub.
“Qarabağ” Polşada 2:3 hesabı ilə uduzduğu “Rakuv”la bu dəfə Bakı Olimpiya Stadionun qarşılaşıb. Ağdam klubu ilə 1:1 hesablı heç-heçə edən qonaqlar III raunda çıxıblar.
Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası Qazaxıstanda “Astana”nın qonağı olub. İlk matçda rəqibini darmadağın edən zaqreblilər ikinci görüşdə də qələbə qazanaraq (2:0) mərhələ adlayıblar.
Türkiyə çempionu “Qalatasaray” isə ilk görüşdə 2:2 hesablı heç-heçəyə razılaşdığı Litva “Jalgiris”ini evdə minimal hesabla məğlub edərək adını növbəti raunda yazdırıb. Bundan başqa, Farer adalarının “Klaksvik”, İsveçrənin “Servett”, Norveçin “Molde”, İsrailin “Makkabi” (Hayfa) və Danimarkanın “Kopenhagen” komandaları da III təsnifat mərhələsinə vəsiqə əldə ediblər.
Mətləb