"Qarabağ" bu axşam UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb. Ağdam təmsilçisi evdə Polşa "Rakov"u ilə qarşılaşıb. Bu qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bu komandalar arasında ilk matç Polşa klubunun 3:2 hesablı qələbəsi ilə başa çatdığı üçün "Rakov" növbəti mərhələyə yüksəlib.
"Qarabağ" isə Çempionlar Liqasında mübarizəni dayandırıb. Komanda mübarizəni Avropa Liqasında davam etdirəcək və HİK (Finlandiya) / “Molde" (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək. "Qarabağ" Avroliqada 3-cü təsnifat mərhələsində ilk oyununu evdə keçirəcək.
Mətləb