İstanbulun "Fənərbaxça" klubu futbol üzrə UEFA Konfrans Liqasında 2-ci mərhələnin cavab qarşılaşmasını keçirib. İstanbul nəhəngi ilk oyunda 5:0 hesabı ilə qalib gəldiyi Moldova "Zimburu"suna qarşı səfərdə meydana çıxıb. "Sarı lacivərtlilər" cavab qarşılaşmasında da moldovanlara şans verməyiblər. Rəqibini 4:0 hesabı ilə məğlub edən İstanbul klubu növbəti mərhələyə yüksəlib.
Mətləb