Daha bir futbolçu "Barselona"dan ayrılıb. Belə ki, Niko Qonzales Katalon klubunu "Porto"ya dəyişib. Portuqaliya təmsilçisinin saytında yer alan məlumatda deyilir ki, ispaniyalı yarımmüdafiəçi ilə 2028-ci ilin iyununa kimi müqavilə imzalanıb. Bu transfer üçün klub 8,4 milyon avro ödəyib. 21 yaşlı oyunçuya 60 milyon avro qiymət qoyulub. "Barselona" futbolçunun gələcək satışından 40 faizini alacaq.
Xatırladaq ki, Qonzales "Barselona"nın heyətində 37 oyuna çıxıb, 2 qol vurub və 2 qolun ötürməsini verib.
Mətləb