Madrid "Real"ının yeni transferi Arda Güler klubun ABŞ-dakı düşərgəsindən ayrılacaq. Bu barədə Kral klubunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, zədələnən və müalicə alan Türkiyə millisinin yarımmüdafiəçisi sağalmadığı üçün Madridə qayıdacaq. Onun müalicəsinə sözügedən şəhərdə davam etdiriləcək.
Mətləb