Qadın güləşçimiz Mariya Stadnik daha bir qızıl medala sahib olub. Belə ki, təcrübəli idmançı Polşanın paytaxtı Varşavada keçirilən "Poland Open" turnirində qızıl medal qazanıb. 50 kq-da çıxış edən titullu idmançı finalda yerli Anna Lukasyakı 7:0 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, həlledici görüşədək kanadalı Keti Dutçak, polşalı Amanda Tomçik və Kanadanın digər təmsilçisi Madison Parksa "tuş"la qalib gəlib.
Mətləb