"Jelezniçar"ın (Bosniya və Herseqovina) baş məşqçisi Nermin Başiç Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri ilk oyun haqda danışıb. Rəqib baş məşqçi “Neftçi” barədə çox danışmağa ehtiyac olmadığını dilə gətirib: "Çünki onlar ciddi titullar qazanıblar, 9 dəfə ölkə çempion olublar. Amma biz buna aldanmayacağıq. Baş məşqçiləri də tanınmış simadır. Adrian Mutu hücum futbolunu sevir. "Neftçi"yə qarşı oyuna hazırlaşmaq üçün vaxtı çox az idi. Nə edəcəyini görəcəyik. Bizim isə heyətlə bağlı problemlərimiz var. Bəzi futbolçuların oynayacağına əmin deyilik. Buna baxmayaraq, pozitiv yanaşıram. Azarkeşlərə söz verirəm ki, mübarizə aparacağıq”.
Qeyd edək ki, iyulun 27-də “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Mətləb