Fantastik məbləğdə transfer pulu ilə "Əl-Nəsr"ə keçən portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo Yaponiyada təlim-məşq toplanışı zamanı yeni mövsümlə bağlı fikirlərini bildirib. Goal.com bu barədə məlumat yayıb. “Biz Yaponiyada olmaqdan çox şadıq. "Əl-Nəsr" üçün bu, ilk belə səfərdir. Qarşıda bizi iki yaxşı matç gözləyir və həyəcanlıyıq. Yaponiyada hamı futbola çox həvəslidir. Biz şou göstərmək üçün buradayıq.
Yeni mövsümdə bütün kubokları qazanacağımıza ümid edirik. Bəli, çətin olacaq, amma düşünürəm ki, yeni məşqçi və yeni oyunçularla yaxşı komandamız var. Biz möhtəşəm mövsümü səbirsizliklə gözləyirik."- Ronaldo belə deyib.
Mətləb