Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun nümayəndəsi "Real"ın baş məşqçisi Karlo Ançelottiyə yerli çempionatda klublardan birində çalışmaq təklifi edib.
Nüfuzlu AS nəşrinin xəbərində deyilir ki, ona fantastik məbləğdə müqavilə təklif olunub. Lakin italiyalı mütəxəssis qəti şəkildə bundan imtina edib. Dövlət İnvestisiya Fondu bir sıra klublara, o cümlədən Kriştiano Ronaldonun oynadığı “Əl-Nəsr”ə sahibdir.
Mətləb