Ərəb klublarının neftdən gələn milyon dollarların hesabına dünyanın ulduz futbolçularını aşağı səviyyədə olan Ərəbistan Liqasına aparmaq istəyi dayanmaq bilmir. Açıq-aşkar məlumdur ki, bu proses dünya futbolunu məhvə aparır. Artıq futbol oynamaqdan daha çox qazanc şousuna çevrilən bu idman növü, belə getsə bir neçə ilə yoxa çıxıb məhv olacaq. Amma ərəblərin fantastik pul təkliflərinə rədd cavabı verən ulduz futbolçular da tapılır. Elə götürək "Çelsi"nin futbolçusu Romelu Lukakunu. Bu ulduz futbolçu dünən bəyan edib ki, Səudiyyə Ərəbistanında futbol oynamaq istəmir.
Bu barədə "Corriere dello Sport" məlumat yayıb. Sən demə 30 yaşlı hücumçu "Əl-Hilal"dan gələn təklifi rədd edib. Səudiyyə Ərəbistanı təmsilçisi belçikalıya 60 milyon avro dəyərində 2 illiik müqavilə təklif edib. Üstəlik klub keçid üçün "Çelsi"yə də 50 milyon avro transfer haqqı ödəməyə hazırdır.
Mətləb