Nüfuzlu "L'Équipe" nəşri PSJ-nin braziliyalı hücumçusu Neymarın Fransa komandasını tərk etmək fikrindən daşınmasının səbəbləri barədə yazı dərc edib. Yazıda qeyd olunur ki, Neymarın qərarına bir çox amillər təsir edib. Braziliyalı Parisdə rahatdır. Futbolçu bu yaxınlarda 2-ci dəfə ata olub. O, indi illik 25 milyon avro olan maaşdan razıdır. Bundan əlavə, ulduz forvard PSJ ilə zədəsiz mövsüm keçirməyə və UEFA Çempionlar Liqasını qazanmağa can atır. Neymarın özü isə ötən gün açıqlamasında PSJ-də qalmaq istədiyini bildirib.
Mətləb