Macarıstanın “Ferentsvaroş” futbol klubu baş məşqçisi Stanislav Çerçesovu istefaya göndərib. Bu barədə macar klubunun mətbuat xidməti açıqlama yayıb.
Qeyd edək ki, Budapeşt təmsilçisi UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Farer adalarının “Klaksvik” komandasına öz meydanında sensasiyalı şəkildə uduzaraq (0:3, ilk oyun 0:0) yarışda mübarizəni dayandırıb. Oyundan sonra klub rəhbərliyi Çerçesovla görüş keçirib və onunla müqaviləni ləğv etmək qərarı verib.
Xatırladaq ki, rusiyalı mütəxəssis 2021-ci ilin dekabrından “Ferentsvaroş”a başçılıq edirdi.
Mətləb