Bu gün "Qarabağ" klubu UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"u ilə cavab oyununa çıxıb. Bakı Olimpiya Stadionunda keçirilən matç Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Qarabağ" "Linkoln"u ümumilikdə 6:1 hesabı ilə üstələyərək 2-ci təsnifat mərhələsinə adlayıb.
"Qarabağ" 2-ci təsnifat mərhələsində Polşa "Rakuv"u ilə qarşılaşacaq. Qeyd edək ki, ÇL-də 2-ci təsnifat mərhələsinin oyunları 25-26 iyul və 1-2 avqust tarixlərində keçiriləcək.
Mətləb