Rusiyada təlim-məşq toplanışında olan Bakının “Neftçi” futbol klubu yeni mövsüm öncəsi son yoxlama görüşünü keçirib.
“Ağ-qaralar” Moskvada yerli “Spartak” komandası ilə yoldaşlıq matçına çıxıb. “Otkrıtiye Bank Arena”da baş tutan matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Spartak”ın heyətində 34-cü dəqiqədə Pavel Meleşin, 37-ci dəqiqədə isə Kuinsi Promes fərqləniblər.
Mətləb