Daha bir idmançımız Parisdə keçirilən paraatletika üzrə dünya çempionatında qızıl medal qazanıb. Belə ki, Azərbaycan idmançısı Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışın final mərhələsində bütün rəqiblərini qabaqlayıb. O, məsafəni 55,34 saniyəyə qət edərək birincilik qazanıb.
Qeyd edək ki, Lamiyə Vəliyeva daha əvvəl 100 metr məsafəyə qaçışda dünya çempionu olub.
Mətləb