Madrid "Real"ı 2022/23 mövsümünün maliyyə hesabatını açıqlayıb. Açıqlanan maliyyə göstəricilərindən aydın olur ki, kral klubu hesabat dövrünü 12 milyon avro gəlirlə başa vurub.
Transferlər nəzərə alınmadan gəlir 843 milyon avro təşkil edib. Madrid təmsilçisinin gəlirlərinin əvvəlki mövsümlə müqayisədə 17% artdığı qeyd edilir. Klubun xalis borcu 263 milyon avrodan 47 milyon avroya endirilib. "Real"ın öz sərmayəsi il sonunda 558 milyon avro olub. Klubun maliyyə vəziyyəti stabil olaraq qiymətləndirilir.
Mətləb