Bu gün Sankt-Peterburqda “Neftçi” İstanbulun “Fənərbaxça” klubu ilə qarşılaşacaq. Azərbaycan və Türkiyə təmsilçiləri “Kubok Pari Premyer” turniri çərçivəsində üz-üzə gələcəklər. Bu, eyni zamanda rumıniyalı mütəxəssis Adrian Mutunun “Neftçi”nin baş məşqçisi qismində ilk oyunu olacaq. “Neftçi” - “Fənərbaxça” matçı ilə turnirə yekun vurulacaq. Oyun Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Mətləb