Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Adrian Mutunun "Neftçi"yə baş məşqçi təyin olunmasına münasibət bildirib. Milli komandaya məğlubiyyətlər seriyası yaşadan bu italyan məşqçi "Radio Bruno's Pentasport"a müsahibəsində "Neftçi"ni ölkənin ikinci komandası adlandırıb. Bu barədə Qol.az saytı yazır. "Mutu mühüm kontekstdə işləmək üçün şərait tapıb. Çünki "Neftçi" Azərbaycanın ikinci komandasıdır". Görəsən bu italyan məçqçiyə başa salan olmayıb ki, "Neftçi" bu ölkənin ilk futbol klubu, avrokuboklarda qruplara qalan ilk klub, Azərbaycan futbolunun pasportu sayılır?.
Mətləb