Portuqaliyalı superstar Kriştiano Ronaldo yenidən dünyanın ən çox qazanan idmançısıdır. Belə ki, 2017-ci ildən sonra portuqaliyalı ilk dəfə olaraq “Forbes” jurnalının siyahısında ən çox qazanan idmançıların reytinqinə başçılıq edir. Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu ən çox illik gəlirin sahibi kimi dərhal Ginnesin Rekordlar Kitabına düşüb. 2023-cü ildə "Əl-Nəsr"ə transfer olunduqdan sonra o, 121 milyon avro qazanıb. Əvvəlki rekord 2022-ci ildə PSJ-nin oyunçusu kimi 92 milyon avroya yaxın qazanan Messiyə məxsus idi. Mətləb