Nəhayət ki, Avropada futbol şərəfinə sahib çıxan ulduz futbolçu tapıldı ki, ərəblərin milyonluq təklibini rədd etdi. Söhbət "Yuventus"un yarımmüdafiəçisi Pol Poqbadan gedir. Belə ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı klubuna keçməkdən imtina edib. Bu barədə insayder Nikolo Şkira özünün "Tvitter"hesabında yazıb.
“Əl İttihad” 30 yaşlı futbolçuya 100 milyon avro qazandıra biləcək 3 illik müqavilə təklif etsə də, Poqba bunu müsbət cavablandırmayıb. Poqba ötən yay "Yuventus"a qayıdıb. O, zədə səbəbindən 2022/23 mövsümündə komandanın heyətində 10 oyuna çıxıb, 1 qol ötürməsi verib.
Mətləb