Türkiyənin "Fənərbaxça" futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib. İstanbul təmsilçisi "Eyüpspor"dan Umut Nayırı transfer edib. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. 30 yaşlı hücumçu ilə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Umut Nayır son mövsümü icarə əsasında "Ümraniyespor"da keçirib. Futbol üzrə Türkiyə millisinin də üzvü olan təcrübəli futbolçu, son mövsümdə Superliqada 31 matçda 17 qol vurub, 3 məhsuldar ötürmə edib.
Mətləb