“Neftçi”yə yenicə baş məşqçi təyin olunan və 2 illik müqavilə imzalayan Adrian Mutu özünün sosial şəbəkə hesabında iddialı fikirlərlə çıxış edib. Yeni təyinatının özü üçün böyük şərəf olduğunu deyən yeni baş məşqçi, "Neftçi"ni Azərbaycanda ən böyük və ən çılğın azarkeş bazasına malik klub adlandırıb: “Neftçi” azarkeşləri Avropada çılğınlıqları və sədaqətləri ilə tanınırlar. Ümid edirəm ki, onlarla yaxşı əlaqə yaradacam. Çünki onlar bu komandanın ruhunu daim yaşadırlar". O bildirib ki, məqsədi “Neftçi”ni Azərbaycanda layiq olduğu yerə qaytarmaq, futbolda yenidən dominantlıq və ölkəni Avropada qürur və şərəflə təmsil etməkdir:
“Neftçi”nin nəhəng layihəsi var. Bu layihəyə klubun yenidən qurulması və müasir Avropa futbol klubu konsepsiyasına uyğun modernləşdirilməsi daxildir. Bu layihə klub rəhbərliyi ilə söhbət zamanı məni heyran etdi.
Bilirəm ki, hazırkı vəziyyət azarkeşlərimizi, “Neftçi” ailısini narahat edir. İndiki vəziyyət "Neftçi"nin azarkeşlərini ağrıdır. Bu vəziyyəti dəyişmək və azarkeşlərimizi sevindirmək üçün bütün biliyimi, təcrübəmi, təcrübəmi sərf edəcəyəm. “Neftçi”nin taleyi şöhrətdir. Gec-tez “Neftçi” Avropada böyük işlər görəcək.
Mətləb