Corriere dello Sport" nəşri İtaliya nəhəngi “Yuventus” futbol klubu ilə bağlı maraqlı məlumat dərc edib. Nəşrin məlumatında deyilir ki, UEFA maliyyə pozuntularına görə "Yuventus"u 2023/2024 mövsümündə avrokuboklardan kənarlaşdıracaq.
Məlum olub ki, turin təmsilçisi yeni mövsüm üçün vəsiqə qazandığı Konfrans Liqasından uzaqlaşdırılacaq. "Yuventus"u sözügedən turnirdə ötən mövsüm İtaliya A seriyasını 8-ci pillədə başa vuran "Fiorentina" əvəzləyəcək.
Mətləb