Hazırda Rusiyanın Sankt-Peterburq şəhərində beynəlxalq turnirdə olan Bakının “Neftçi” futbol klubunda hələ də baş məşqçi müəmması davam edir. Br sıra xarici KİV-lər ən məşhur məşqçilərin adlarını çəksələr də, ortada konkret, rəsmi heç nə yoxdur. Amma deyəsən “ağ-qaralar”ın növbəti çalışdırıcısı da rumın mütəxəssis olacaq. Çünki Rumıniya mediası "Neftçi"nin Adrian Mutunu baş məşçi postuna gətirəcəyinə dair yazılar dərc etməkdədir. Gsp.ro saytı yazıb ki, "Neftçi" Andrian Mutuya ayına 55 min avro - illik 660 min avro təklif edib. Bu, 44 yaşlı mütəxəssisin hazırkı klubu "Rapid 1923"dəki gəlirindən ayda 10 min avro çoxdur.
Mətləb