Daha bir idmançımızdan şad xəbər almışıq. Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov Moldovanın paytaxtı Kişineuda yeniyetmələr arasında keçirilən Avropa çempionatında 3 qızıl medal qazanıb. 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı yaşı 17-yə qədər olan oğlanların yarışında birdən qaldırma hərəkətində 137 kq-ı ram edərək 1-ci yeri tutub.
Təkanla qaldırmada 162 kq-ı başı üzərinə qaldıran "Göyəzən" Ağır Atletika Klubunun təmsilçisi eyni uğuru təkrarlayıb. Toplam 299 kq (137+162) nəticə göstərən atlet yekun sıralamada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Mətləb