Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Vecernji” nəşrinə müsahibə verib. Milli komandamızın üzvü bildirib ki, əsas məqsəd “Dinamo”da mohkəmlənmək idi: “Çünki bu klubun əhəmiyyətini bilirəm. Amma sən ön planda olmayanda özün üçün daha yaxşı qərar qəbul etməlisən. İndi yeni baş məşqçi və mənim özümü göstərmək üçün şansım var. Hər şeyi edəcəyəm ki, məni klubuna gətirən insanların inamını doğruldum” - deyə M.Emreli bildirib.
Mətləb