"Yuventus"dan ayrılan argentinalı futbolçu Anhel Di Mariyanın yeni klubu açıqlanıb. “Real”ın keçmiş forvardı "Benfika"ya (Portuqaliya) keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent olan oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 35 yaşlı futbolçu 2007-2010-cu illərdə də "Benfika"da çıxış edib. O, 2010-cu ildə Madrid 'Real"ına transfer olunmuşdu.
Mətləb