Madrid "Real"ının hazırkı baş məşqçisi Karlo Ançelotti futbol üzrə Braziliya millisini çalışdıracaq. Bu barədə Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriges öz Tvitter hesabındakı paylaşımında bildirib. O, 2024-cü ildə komandaya Ançelottinin rəhbərlik edəcəyini bildirilib. İtaliyalı mütəxəssisin sözləşməsinin DÇ-2026-dək qüvvədə olacaq. Braziliya Futbol Konfederasiyasının rəsmi saytı Ançelottiyə qədər komandanı Fernando Dinizin çalışdıracağını açıqlayıb.
Mətləb