Zenit” klubundan ayrılan hücumçu Daler Kuzyayev karyerasını “Beşiktaş”da davam etdirəcək. "NTV Spor" bu barədə məlumat yayıb. Xəbərdə deyilir ki, rusiyalı futbolçu İstanbul klubu ilə razılaşıb. Kuzyayevin yaxın günlərdə Türkiyəyə yollanacağı və "Beşiktaş"la müqavilə imzalayacaq. Hazırda futbol üzrə Rusiya millisinin də üzvü olan futbolçu İstanbul klubuna azad agent kimi keçəcək.
Qeyd edək ki, 30 yaşlı hücumçu 2017-ci ilin yayından “Zenit”də çıxış edir. O, ötən mövsüm 26 oyuna çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.
Mətləb