Futbol üzrə milli komandamızın üzvü Mahir Emreli "Dinamo"da növbəti qolunu vurub. Bu gün Zaqreb "Dinamo"su Sloveniyada təlim-məşq toplanışı çərçivəsində "SSKA 1948"ə (Bolqarıstan) qarşı yoxlama oyunu keçirib.
İlk 11-likdə millimizin üzvü Mahir Emreli də yer alıb. O, ilk hissədə Bruno Petkoviçin ötürməsindən sonra qol vuraraq hesabı açıb. Matç isə "Dinamo"nun 3:2 hesablı qələbəsi ilə başa çatıb. Zaqreb təmsilçisinin digər qollarını 2-ci hissədə Drmiç və Spikiç vurublar.
Mətləb